• 03 Dekabr 2024

DANIŞARKƏN HƏDDİ AŞMAMAQ

Həyatda çox danışmamağı, yerində və ölçülü danışmağı bir qayda halına gə­tir­­­mək lazımdır. Yoldaşlarını gül­dür­mək məq­sədilə çox danışanların təhlü­kəli söz­lər söyləmək ehtimalı çoxdur. Ona görə də boş danışmaqdan uzaq dur­maq lazımdır.
İbn Ömər (r.a) Rəsulullahın (s.ə.s) bu mövzu ilə əlaqədar belə buyurduğunu rəvayət edir:
“Allahın zikrindən başqa şeyləri çox danışmayın. Şübhəsiz, çox danışmaq qəlbi qaraldar. Allahdan da ən uzaq olan­lar, qəlbləri qara olanlardır”. (Münziri, ət-Tərğib vət- Tərhib, V/440-47)
İbn Məsuddan (r.a) rəvayət edildiyinə görə, Peyğəmbər (s.ə.s) belə buyurdu və bu ifadəni üç dəfə təkrarladı:
“Sözdə və işdə incə ələyib sıx toxuyanlar (çox xırdaçılığa gedib həddi aşanlar) məhv oldular”. (Müslim, Elm, 7)
Hədisi-şərif, sözlərində və işlərində həddi aşanların, ağzına və ağlına gələn hər şeyi, əvvəl-axırını, irəli-gerisini dü­şün­mədən və heç bir məsuliyyət hiss et­mə­dən danışanların dillərinin cəza­sını həm dünyada, həm də axirətdə çəkə­cək­­lərinin danılmaz bir həqiqət olduğunu göstərir. Özlərini maraqlandırmayan möv­zulara qoşulanlar, idrak etmədikləri mə­­sələlərə toxunanlar, bil­mə­dikləri mətləblərdən bəhs edənlər, sözsüz ki, baş­qaları qarşısında gülünc vəziyyətə dü­şərlər.
İnsanlara qarşı böyüklük göstərmək üçün ağızlarını dolduraraq danışan, cüm­­ləpərdazlıq edən, dinləyənlərin an­laya bilməyəcəyi söz və ya (indiki vaxt­da bəzilərinin etdiyi kimi) əcnəbi terminlərlə danışanlar, “gözəl danışır” desinlər deyə canfəşanlıq göstərənlər də bu hədisin tənqid dairəsinə girərlər.
Təbii danışıq tərzini də­yiş­dirərək, bo­ğazını və qırtlağını məc­bur etməklə səsinə başqa şəkil­lər və tonlar verməyə çalışanlar və bütün bunları insanlara görk üçün edənlər də xoş görülməz, qınanarlar. İn­sanlar belə kəsləri sevməz və onlar cə­miy­yətdən kənarda qalarlar.

(Mənbə: Danışmaq və Dinləmək ədəbi kitabından)

Read Previous

SÖZƏ “BİSMİLLAH” İLƏ BAŞLAMAQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir